Pirotexniki vasitələrin satışı ilə bağlı 17 nəfər saxlanılıb
Paytaxt və bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 17 nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Paytaxtın Sabunçu, həmçinin, Ağdaş, Beyləqan, İsmayıllı, Ucar, Cəlilabad, Masallı, Zaqatala və Tovuz rayonlarında keçirilən növbəti tədbirlər zamanı yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin gizli şəkildə satışını təşkil edən 17 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.
Faktlarla bağlı həmin şəxslər barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.
Oxşar xəbərlər
Mingəçevirdə pirotexniki vasitələrin gizli satışı ilə məşğul olan şəxslər məsuliyyətə cəlb ediliblər
Bakıda ticarət mərkəzində 20 minə yaxın pirotexniki vasitə aşkarlanıb - VİDEO
Mingəçevirdə pirotexniki vasitələrin gizli satışı ilə məşğul olanlar məsuliyyətə cəlb edilib
Oğuzda pirotexniki vasitələrin səyyar satışı ilə məşğul olan şəxs saxlanılıb
Polis 20 min manatlıq pirotexniki vasitəni müsadirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













