sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Oğuzda pirotexniki vasitələrin səyyar satışı ilə məşğul olan şəxs saxlanılıb
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Sizinxeber.az"a verilən məlumata görə, tədbir zamanı rayon ərazisində pirotexniki vasitələrin səyyar satışını həyata keçirən A.Əzizzadə müəyyən olunaraq saxlanılıb. Ondan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkar edilib.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Mingəçevirdə pirotexniki vasitələrin gizli satışı ilə məşğul olanlar məsuliyyətə cəlb edilib
Mingəçevirdə pirotexniki vasitələrin gizli satışı ilə məşğul olan şəxslər məsuliyyətə cəlb ediliblər
Göyçayda mağazada pirotexniki vasitələr satan şəxs müəyyəb edilib
Tovuzda pirotexniki vasitələr satan şəxs saxlanılıb
İmişlidə pirotexniki vasitələr satan şəxs müəyyən olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













