Mingəçevirdə pirotexniki vasitələrin gizli satışı ilə məşğul olan şəxslər məsuliyyətə cəlb ediliblər
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən sakinlərin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Sizinxeber.az-ya verilən məlumata görə, şəhər ərazisində keçirilən tədbirlər zamanı pirotexniki vasitələrin gizli şəkildə satışını təşkil edən 5 nəfər müəyyən edilib. Həmin şəxslərdən müxtəlif növ pirotexniki vasitələr, partlayıcı və tezalışan maddələr aşkar olunaraq götürülüb.
Faktlarla bağlı onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün şəhər məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Goranboyda pirotexniki vasitə satan şəxslər ƏLƏ KEÇİB
İmişlidə ov edən şəxs saxlanılıb
Göyçayda pirotexniki vasitələrin satışını təşkil edən 3 nəfər məsuliyyətə cəlb edilib
Polis əməliyyat keçirdi: Külli miqdarda pirotexniki vasitələr aşkarlandı
Bacısını öldürməyə görə tutulan şəxsin cinayət işi məhkəməyə göndərilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













