sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Polis 20 min manatlıq pirotexniki vasitəni müsadirə edib
Polis əməkdaşları tərəfindən yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində nəzarət-profilaktik tədbirlər davam etdirilir.
DİN-dən APA-ya bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların satışını təşkil edən şəxs saxlanılıb.
Ondan ümumi dəyəri 20 min manatdan artıq olan müxtəlif növ pirotexniki vasitə götürülüb.
Həmin şəxs barəsində qanunamüvafiq tədbir görülüb.
Oxşar xəbərlər
Mingəçevirdə pirotexniki vasitələrin gizli satışı ilə məşğul olan şəxslər məsuliyyətə cəlb ediliblər
Tərtərdə pirotexniki vasitələr satan şəxslər müəyyən edilib
İmişlidə ov edən şəxs saxlanılıb
DYP: Güclü külək yollarda qəza riskini artırır
Yasamalda pirotexniki vasitələrin satışını təşkil edən şəxs saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













