Roma Papası süni intellektə nəzarəti sərtləşdirməyə çağırıb
sizinxeber.az xəbər saytı

Roma Papası süni intellektə nəzarəti sərtləşdirməyə çağırıb


"Ədalətli müharibə" konsepsiyasını tənqid edən Roma Papası XIV Leo onu köhnəlmiş adlandırıb və bəşəriyyətin "güc mədəniyyətinə yuvarlandığı" barədə xəbərdarlıq edib.

"Sizinxeber.az" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə o, öz ensiklikasında (Roma Papasının siyasət, din, əxlaq və s. məsələlərinə aid bütün katoliklərə müraciəti- red) yazıb.

"Bu gün hər zamankından daha çox, bu sözün ən ciddi mənasında özünümüdafiə hüququna xələl gətirmədən, istənilən hərbi əməliyyatlara haqq qazandırmaq üçün tez-tez istifadə edilən "ədalətli müharibə" nəzəriyyəsinin köhnəldiyini təsdiqləmək vacibdir", - sənəddə bildirilib.

Pontifik həmçinin süni intellektin sərt beynəlxalq tənzimlənməsinə çağırıb və bildirib ki, o dezinformasiyanın yayılmasına səbəb olur və dünyanı sonsuz münaqişələrə sürükləyə bilər.

Papa rəqəmsal inqilabın müharibələrin xarakterini kiberhücumlardan tutmuş hərbi qərarların avtomatlaşdırılmasına qədər dəyişdiyini vurğulayıb.

"Süni sistemlərə ölümcül və ya geridönüşü olmayan qərarlar qəbul etmək hüququnun verilməsi yolverilməzdir", - o qeyd edib.

XIV Leo həmçinin texnoloji hakimiyyətin özəl korporasiyaların əlində cəmləşməsinin təhlükəsi barədə xəbərdarlıq edib və bildirib ki, "həqiqətə biganəlik yavaş-yavaş, lakin qaçılmaz şəkildə totalitarizmə yuvarlanmağa aparır".

Oxşar xəbərlər

Roma Papası İran və İsraili ağıllı davranışa çağırıb
Roma Papası Azərbaycan və Ermənistanı sülhə çağırıb
Roma Papası jurnalistlərə qarşı hücumları qınayıb
Papa XIV Lev ilk xütbəsində Ukrayna və Yaxın Şərqdə sülhə çağırıb
Roma Papası xəstəxanaya yerləşdirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər