Gəncədə qəza olub, xəsarət alan var
sizinxeber.az xəbər saytı

Gəncədə qəza olub, xəsarət alan var


Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" ilə "KİA "markalı minik maşınları toqquşub. Qəza zamanı 1 nəfər xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər