İsrail “Hizbullah”a qarşı mübarizəni gücləndirəcəyi təqdirdə ABŞ onu dəstəkləyəcək
sizinxeber.az xəbər saytı

İsrail “Hizbullah”a qarşı mübarizəni gücləndirəcəyi təqdirdə ABŞ onu dəstəkləyəcək


İsrail “Hizbullah”a qarşı hərbi əməliyyatları gücləndirmək qərarına gələrsə, Vaşinqton administrasiyası onu dəstəkləməyə hazırdır.

APA xəbər verir ki, bu barədə öz “X” hesabında “Axios” və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid məlumat verib.

O adını açıqlamadığı ABŞ rəsmisinə istinadən bildirib ki, Tramp administrasiyası “Hizbullah”ın atəşkəs rejimini pozmasına cavab olaraq İsrailin hərbi əməliyyatlarının gücləndirilməsini dəstəkləyəcək.

Rəsmi hesab edir ki, “Hizbullah” son ultimatum da daxil olmaqla, İsrailə qarşı atəşi dayandırmaq üçün dəfələrlə edilən çağırışlara məhəl qoymayıb.

Rəsmi eyni zamanda hesab edir ki, “Hizbullah” Livan və İsrail arasında davam edən danışıqları pozmağa çalışır.

Oxşar xəbərlər

Baş nazir: İsrail “Hizbullah”la mübarizəni dayandırmayacaq
İsrail Hizbullah komandirini öldürüb - VİDEO
İsrail və Livan “Hizbullah”ın tərksilahında razılaşıb
İsrail Hizbullah komandirini öldürüb
İsrail Livanda “Hizbullah” hədəflərinə zərbələr endirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər