Si Cinpin Vuçiçlə ölkələr arasında tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər
Çin Xalq Respublikasının sədri Si Cinpin və Pekində dövlət səfərində olan Serbiya Prezidenti Aleksandar Vuçiç iki ölkə arasında tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər.
"Sizinxeber.az"un Balkan bürosu xəbər verir ki, tərəflər Çin-Serbiya münasibətlərinin daha da inkişaf etdirilməsinin və yeni dövrdə ortaq gələcəyə malik bir icmanın qurulmasının vacibliyini vurğulayıblar.
Çin lideri bildirib ki, Serbiya ilə Çin arasında "dəmir dostluq" unikal xarakter daşıyır və dərin tarixi, eləcə də praktik əsaslara söykənir. O qeyd edib ki, Çin Serbiyanın milli şərtlərinə uyğun inkişaf yolunu seçməsini dəstəkləyir və dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsinə hazırdır.
Si Cinpin vurğulayıb ki, son iki ildə hər iki ölkənin xalqlarına fayda verən nümunə hesab olunacaq müsbət nəticələr əldə edilib.
Oxşar xəbərlər
Si Cinpin və Vuçiç Pekində danışıqlar aparıblar
Vuçiç və Si Cinpinin görüşünün yekunlarına əsasən 30-dan çox sənəd imzalanıb - YENİLƏNİB
Çin XİN Si Cinpin və Bayden görüşünü müsbət qiymətləndirib
Si Cinpin: Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlığın yaradılmasını elan ediblər
İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı baş tutub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Prezident məmurlara hansı tapşırıqları verib? — İclasın DETALLARI
-
Bəzi şəxslərə pulsuz mənzillər veriləcək
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
