Gəncədə beton hasara çırpılan avtomobil yanıb, xəsarət alan var - FOTO
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə Beynəlxalq Hava Limanı istiqamətinə gedən yolda qeydə alınıb. Belə ki 2005-ci il təvəllüdlü E.Paşayev idarə etdiyi “Changan” markalı avtomobillə hərəkət edərkən idarəetməni itirərək beton hasara çırpılıb. Nəticədə yol kənarındakı bir neçə ağac qırılıb, avtomobilin ehtiyat hissələri yolun kənarına dağılıb. Qəzadan sonra avtomobildə yanğın olub. Dərhal əraziyə FHN-in yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülsə də, avtomobil yararsız hala düşüb. Sürücü isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şəmkirdə yük avtomobili beton arakəsməyə çırpılıb
Ağsuda maşın hasara çırpılıb, sərnişin ölüb
Göygöldə minik avtomobili "Kamaz"a çırpılıb, xəsarət alan var
Şəmkirdə avtomobil təmiri sexində yanğın baş verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
