sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Şəmkirdə yük avtomobili beton arakəsməyə çırpılıb
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Seyfəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "SCANIA" markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə yük avtomobili yol kənarındakı beton arakəsəməyə çırpılıb.
Qəza nəticəsində xəsarət alan olmasa da yük avtomobili və yol təsərrufatına ciddi ziyan dəyib. Sürücünün sözlərinə görə onun idarə etdiyi yük avtomobilinin qarşısına "VAZ" markalı minik avtomobili çıxıb.
Bu zaman o qəzadan yayınmaq istəyib və avtomobil beton arakəsməyə çırpılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Göygöldə minik avtomobili "Kamaz"a çırpılıb, xəsarət alan var
Şəkidə yol qəzası baş verib, xəsarət alan var
Gəncədə minik avtomobili qazılan yolda torpaq təpəsinə çırpılıb
Ağstafada minik avtomobili işıq dirəyinə çırpılıb, xəsarət alan var
Ucarda minik avtomobili mikroavtobusla toqquşub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













