DYP avtobus zolağına daxil olan minik avtomobillərinə növbəti xəbərdarlıq edib
Bakı şəhər Dövlət Yol Polis İdarəsi avtobus zolağına daxil olan minik avtomobilləri ilə bağlı reyd keçirib.
"Report" xəbər verir ki, tədbirlər zamanı həmin sürücülər saxlanılıb, onlarla profilaktiki söhbətlər aparılıb və mövcud qanunvericiliyin tələbləri barədə məlumatlar verilib.
Qeyd edək ki, İdarə tərəfindən ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi istiqamətində mütəmadi olaraq nəzarət-profilaktiki tədbirlər həyata keçirilir.
"Xəbərdarlıqlara baxmayaraq, yenə də bəzi sürücülər həmin zolağa daxil olaraq avtobusların hərəkətinə maneə yaradırlar. Nəzərə almaq lazımdır ki, bu qayda pozuntusu olmaqla yanaşı, həm də öz növbəsində inzibati məsuliyyət yaradır. Bütün bunları nəzərə alaraq, sürücülərdən xahişimiz eyni zamanda tələbimiz ondan ibarətdir ki, yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etsinlər. Unutmaq olmaz ki, ani diqqətsizlik arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər", - İdarədən bildirilib.
Oxşar xəbərlər
Yol polisi səkiylə hərəkət edən sürücülərə xəbərdarlıq edib
Azərbaycanda avtobus və velosiped zolağına daxil olanlar 100 manat cərimə ediləcək
Sumqayıtda sürücü və piyadaların intizam məsuliyyətinin artırılması məqsədilə profilaktik tədbir keçirilib
Tbilisi prospektində "manatlıq" taksilərin fəaliyyəti dayandırılıb
"Qırmızı işıqda" keçən və sərnişinlərin həyatını təhlükəyə atan iki avtobus sürücüsü saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












