Tbilisi prospektində "manatlıq" taksilərin fəaliyyəti dayandırılıb
Bakının Tbilisi prospektində, 20 Yanvar metrostansiyası istiqamətində "manatlıq" taksilərin fəaliyyəti dayandırılıb.
"Report"un ərazidə olan əməkdaşının məlumatına görə, buna səbəb həmin ərazidə avtobus zolağının salınmasıdır.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli "Report"un sorğusuna cavab olaraq bildirib ki, sözügedən ərazidə avtobus zolaqlarının salınması ilə nəqliyyatın hərəkətinə maneə törədən avtomobillərin hərəkəti dayandırılıb:
"Ərazidə artıq avtobus zolaqları salınıb. Taksilərin ərazidə duraraq nəqliyyatın hərəkətinə maneə törətmə halları aradan qaldırılıb. İnzibati Xətalar Məcəlləsində olan son dəyişiklərə əsasən yol nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün hərəkət zolağı olan yollarda digər nəqliyyat vasitələrinin həmin zolaqda dayanmasına və ya durmasına görə 100 manat məbləğində cərimə edilir. Sözü gedən ərazidə ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkəti nəzərdə tutulan xüsusi zolağ və həmin zolağı bildirən yol nişanı və nişanlanma xətti mövcuddur və bu kimi qaydaları pozan sürücülər barəsində qanunamüvafiq tədbirlər həyata keçirilir. Bütün bunları nəzərə alaraq digər nəqlliyyat vasitələrinin sürücülərindən yol hərəkəti qaydalarına riayət olunması xahiş olunur".
Foto: Ehtiram Cəbiyev
Oxşar xəbərlər
Avtomobilini avtobus dayanacağında saxlayan sürücülərə 2 bal yazılacaq
Bakıda Tbilisi prospektində xüsusi hərəkət zolağı təşkil edilir - FOTO
Parklanma zamanı digər avtomobillərin hərəkətinə maneə yaradanlar cərimələnəcək
"1 manatlıq" taksi dövrü bitir: cərimə yazılacaq...
Azərbaycanda avtobus və velosiped zolağına daxil olanlar 100 manat cərimə ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












