Sumqayıtda sürücü və piyadaların intizam məsuliyyətinin artırılması məqsədilə profilaktik tədbir keçirilib
Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, sürücü və piyadaların intizam məsuliyyətinin artırılması məqsədi ilə profilaktik tədbirlər keçirib.
“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Tədbir zamanı yol polisləri Sumqayıt şəhəri ərazisində piyada keçidindən düzgün istifadə etməyən şəxslərlə maarifləndirici söhbətlər aparıb, piyadalar və digər hərəkət iştirakçılarına yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi barədə ətraflı məlumat veriblər.
Tədbir zamanı keçidlərdə piyadalara yol verməyən sürücülər, nəqliyyatın intensiv olduğu küçələrdə hərəkət edən velosipedçilər, təhlükəsizlik qaydalarına əməl etmədən motosiklet və moped idarə edən şəxslər də müəyyən ediliblər.
Həmçinin avtomobili narkotiklərin təsiri altında idarə edən sürücülər də aşkar olunub. Həmin sürücülər barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Nəqliyyat vasitəsini spirtli içkinin təsiri altında idarə edən, kobud qayda pozuntularına yol verən, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişikliklər edən, sürücülük hüququ olmadan sükan arxasına əyləşən sürücülər də yol polisləri tərəfindən müəyyən olunaraq saxlanılıblar. Həmin şəxslər barəsində inzibati protokollar tərtib edilib.
Sumqayıt şəhəri ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.
Oxşar xəbərlər
Səkkiz ayda Sumqayıtda qaydaları pozan sürücülərə 58 min 62 protokol tərtib edilib
Qusarda avtomobili narkotik və spirtli içki təsiri altında idarə edən 21 sürücü aşkar olunub
NİİM: Moped və motosiklet sürücülərinin bir çoxu piyada səkiləri ilə hərəkət etməklə qaydaları heçə sayır
Yol polisi həftəsonu yollardakı vəziyyətlə bağlı hərəkət iştirakçılarına müraciət edib
Qusarda avtomobili narkotik və spirtli içkinin təsiri altında idarə edən 21 sürücü aşkar olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












