Xaçmaz rayonunda yol qəzasında piyada ölüb, sərnişinlər yaralanıb
Xaçmaz rayonun Yergüc kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Sizinxeber.az”un Şimal bürosunun məlumatına görə, Xaçmaz – Quba avtomobil yolunun Yergüc kəndindən keçən hissəsində Üçgün kənd sakini 1970-ci il təvəllüdlü Hafizov Elçin Bahəddin oğlu yolu keçərkən “Opel” markalı minik avtomobili onu vurub.
E.Hafizov aldığı müxtəlif dərəcəli xəsarətlərdən hadisə yerində ölüb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.
Avtomobildə olan sərnişinlər – 1989-cu il təvəllüdlü İbrahimov Eldəniz Musa oğlu və 2006-cı il təvəllüdlü Həsənov Səbuhi Babək oğlu müxtəlif dərəcəli xəsarətlər ilə xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xaçmazda yol qəzasında ölən piyadanın şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB
Qubadakı qəzada ölən və yaralanan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB
Xaçmazda iki avtomobil toqquşub, xəsarət alanlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Biləsuvarda son 5 ildə aqrar sektora 50 milyon manat investisiya qoyulub
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
