Dayısının qatilini 29 il sonra qətlə yetirib – HÖKM
Naxçıvanda dayısının qatilini qətlə yetirməkdə təqsirləndirilən Bəxtiyar Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Report”un əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il Ordubadın Unus kəndində qeydə alınıb. İttihama görə, 1974-cü il təvəllüdlü Tağıyev İbrahim Əsədulla oğlu bıçaq xəsarəti ilə qətlə yetirilib. Onun qətlində həmkəndlisi, 1976-cı il təvəllüdlü Rəsulov Bəxtiyar Sərdar oğlu təqsirli bilinib.
Məhkəmə istintaqı zamanı məlum olub ki, mərhum İbrahim Tağıyev 1995-ci ildə Bəxtiyar Rəsulovun dayısını münaqişə zəmnində qətlə yetirib. İbrahim Tağıyev azadlığa çıxdıqdan sonra Türkiyəyə köçüb, uzun müddət orada yaşayıb. O, bu il kəndə qayıdanda təsadüfən Bəxtiyar Rəsulovla qarşılaşıb. İbrahim Tağıyevi kənddə görən təqsirləndirilən şəxs illər əvvəl öldürülən dayısının qisasını almaq fikrinə düşüb.
Bəxtiyar Rəsulov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.
Oxşar xəbərlər
Ordubadda dayısının qatilini qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
Salyanda qardaşı arvadını və onun oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsə ömürlük cəza verilib
Şirvanda 60 yaşlı sahibkar torpaq üstündə qətlə yetirilib - MƏHKƏMƏ
Məhkəmə Biləsuvarda keçmiş polisi qətlə yetirən şəxslə bağlı qərar verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
