Məhkəmə Biləsuvarda keçmiş polisi qətlə yetirən şəxslə bağlı qərar verib
Biləsuvarda (10 saylı qəsəbədə) qonşusu olan keçmiş polis əməkdaşını qətlə yetirməkdə ittiham olunan şəxsin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan Apellyasiya Məhkəməsində hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə Fəxrəddin Əli oğlu Həsənovun apellyasiya şikayəti üzrə qərar elan olunub. Məhkəmə şikayəti təmin etməyib, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fəxrəddin Əli oğlu Həsənov Cinayət Məcəlləsinin 120.2.2 maddəsi ilə ittiham olunaraq 19 il müddətinə azadlıqdan məhrum edilib.
Qətl hadisəsi 2023-cü il iyulun 18-də Cəbrayıl rayon sakinləri olan keçmiş məcburi köçkünlər üçün Biləsuvar rayonu ərazisində salınmış 10 saylı qəsəbədə yerləşən iaşə obyektlərindən birində baş verib. Cəbrayıl sakini, 1970-ci il təvəllüdlü Fəxrəddin Əli oğlu Həsənov şəxsi münasibətlər zəminində həmyerlisi, qonşusu 1983-cü il təvəllüdlü Bayram Oruc oğlu Bayramovu kəsici alətlə qətlə yetirib.
B.Bayramov polis nəfəri kimi əvvəllər polis orqanında xidmət edib, öz arzusu ilə polis orqanlarından xaric edilib.
Oxşar xəbərlər
“Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup hərbçinin apellyasiya şikayəti təmin olunmayıb
Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun şikayəti üzrə məhkəmə başlayıb
“Tərtər işi” ilə bağlı həbs edilən daha bir neçə nəfərin apellyasiya şikayəti üzrə məhkəmə başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
