Şirvanda 60 yaşlı sahibkar torpaq üstündə qətlə yetirilib - MƏHKƏMƏ
Şirvanda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən Elşən İslamova hökm oxunub.
“Sizinxeber.az” xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində Xamməd Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında E. İslamov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il sentyarbında Şirvan şəhərində baş verib. Çılpaqlı qəsəbəsində mağaza işlədən Yavər Bağırov tanışı E. İslamov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
İttihama görə, E.İslamov Y.Bağırovun qəsəbə ərazisində yerləşən mağazasının arxasındakı torpaq sahəsinə xərc çəkərək abadlaşdırıb və həmin əraziyə ağaclar əkib.
Daha sonra zərərçəkən şəxs həmin torpaq sahəsinin ona aid olduğunu və sözügedən əraziləri öz adına sənədləşdirəcəyini deyib. Belə olduqda E.İslamov ondan torpaq sahəsinə çəkdiyi xərci tələb edib, lakin Y.Bağırov onun çəkdiyi xərci ödəməyib.
Məhkəmə istintaqı zamanı məlum olub ki, hər iki şəxs arasında baş verən münaqişə illərlə davam edib.
İttihamda təqsirləndirilən şəxsin zərərçəkəni öz mağazasında boyun nahiyəsindən bıçaqlayaraq qətlə yetirdiyi bildirilib.
E.İslamova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib.
Oxşar xəbərlər
Məhkəmə direktoru öldürməkdə təqsirləndirilən sabiq rəis müavininin oğlu barədə qərar verib
Rusiyada doqquz il əvvəl adam öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Məhkəmə Biləsuvarda keçmiş polisi qətlə yetirən şəxslə bağlı qərar verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
