Ordubadda dayısının qatilini qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
Naxçıvanda dayısının qatilini qətlə yetirməkdə təqsirləndirilən Bəxtiyar Rəsulovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report" xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Faiq Heydərovun icraatında olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı oktyabrın 22-ə təyin edilib.
Qeyd edək ki, hadisə bu il Ordubanın Unus kəndində qeydə alınıb.
1974-cü il təvəllüdlü Tağıyev İbrahim Əsədulla oğlu bıçaq xəsarəti ilə qətlə yetirilib. Onun qətlində təqsirli bilinən həmkəndlisi, 1976-cı il təvəllüdlü Rəsulov Bəxtiyar Sərdar oğlu həbs olunub.
Bildirilib ki, hadisəyə səbəb qisas olub. Bir neçə il əvvəl İ.Tağıyev B.Rəsulovun dayısını qətlə yetirib və buna görə həbs olunub. Hadisə də bu səbəbdən baş verib.
Oxşar xəbərlər
Bakıda 75 yaşlı kişinin başını kəsərək qətlə yetirməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb
Əhməd Əhmədovun məhkəməsi təxirə salınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
