Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB


Salyan rayonunda elektrik enerjisinin verilişi bərpa olunub.

“Sizinxeber.az”un Aran bürosunun məlumatına görə, güclü külək nəticəsində elektrik dirəyində yaranmış nasazlıqlar aradan qaldırılıb.

İşıqsız qalan bir sıra küçələrdə elektrik enerjisinin verilişi bərpa edilib.

23:11

Güclü külək Salyanda fəsadlar törədib, şəhərin bir sıra küçələri işıqsız qalıb.

“Sizinxeber.az”un Aran bürosunun məlumatına görə, günorta saatlarında başlanan külək daha da güclənib.

Sakinlərin sözlərinə görə, güclü külək şəhərdə elektrik dirəklərindən birini aşırıb, naqillər qırılıb. Nəticədə iki saatdan çoxdur ki, şəhərin Heydər Əliyev prospektinin bir hissəsi, Əliağa Kürçaylı, Təbriz Xəlilbəyli, Yunis Zərgərli, Ənvər Qasımzadə, Əli Zeynalov, Axund Mirbağırağa küçələri işıqsız qalıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən lazımı tədbirlər görülür.

Oxşar xəbərlər

Salyanda güclü külək elektrik dirəyini aşırıb, şəhərin bir sıra küçələri işıqsız qalıb
Daşkəsəndə elektrik enerjisinin verilməsi bərpa olunub - YENİLƏNİB
Gəncədə güclü külək əsir, bəzi ərazilərdə enerjinin verilişi dayandırılıb
Qərb bölgəsində küləkli hava ciddi fəsadlar törədib
Zaqatala və Qaxda elektrik enerjisi kəsilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər