Goranboyda heyvanlar minaya düşüb
sizinxeber.az xəbər saytı

Goranboyda heyvanlar minaya düşüb


Goranboyda xırdabuynuzlu heyvanlar minaya düşüb.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə rayon Tapqaraqoyunlu kəndi ərazisində, keçmiş təmas xəttində qeydə alınıb.

Kənd sakini 1968-ci il təvəllüdlü M. Cümşüdov özünə məxsus qoyunları əkin sahəsində otaran zaman heyvanlar minaya düşüb.

Hadisə nəticəsində qoyunlardan biri tələf olub, digəri isə yaralanıb, kənd sakini xəsarət almayıb.

Mina partlayışı ilə bağlı əraziyə aidiyyatı qurumların əməkdaşları cəlb olunub.

Oxşar xəbərlər

Qazaxda 23 yaşlı oğlan minaya düşüb
Qazax sakini minaya düşüb, ayağı amputasiya olunub - YENİLƏNİB
Qazaxda mina partlayıb, 23 yaşlı oğlan xəsarət alıb - YENİLƏNİB
Şərur rayon sakini minaya düşüb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər