Xaçmazda 57 yaşlı kişi qətlə yetirilib, hadisəni törədən şəxs təslim olub
sizinxeber.az xəbər saytı

Xaçmazda 57 yaşlı kişi qətlə yetirilib, hadisəni törədən şəxs təslim olub


Noyabrın 1-də saat 13 radələrində Xaçmaz rayonu ərazisində 1967-ci il təvəllüdlü İlham Rüstəmovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xaçmaz rayon prokurorluğundan APA-ya verilən məlumata görə, araşdırma zamanı 1981-ci il təvəllüdlü Rəhman Cavadovun şəxsi münasibətlər zəminində İlham Rüstəmova bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Hadisədən sonra könüllü olaraq polisə təslim olan Rəhman Cavadov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Oxşar xəbərlər

Yevlaxda avtomobillə qəsdən adam öldürən şəxs saxlanılıb - YENİLƏNİB
Bakıda ər arvadını qətlə yetirib
Qaradağda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
Prokurorluq: Ucarda arvadını öldürən kişi könüllü olaraq polisə təslim olub
Göyçayda 39 yaşlı kişi kəsici alətlə qətlə yetirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle