Göyçayda 39 yaşlı kişi kəsici alətlə qətlə yetirilib - YENİLƏNİB
Oktyabrın 22-si saat 21 radələrində Göyçay rayonu ərazisində 1985-ci il təvəllüdlü Asif Eminovun almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sizinxeber.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, araşdırmalarla 1987-ci il təvəllüdlü Xəyal Mənsimovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə Asif Eminovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Xəyal Mənsimov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
***
22:13
Oktyabrın 22-də saat 21 radələrində Göyçay rayonunun Potu kəndi ərazisində 1985-ci il təvəllüdlü Eminov Asif İxtiyar oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sizinxeber.az-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 37 yaşlı Mənsimov Xəyal Alik oğlu könüllü olaraq polisə təslim olub.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Göyçayda 39 yaşlı kişi kəsici alətlə qətlə yetirilib
Göyçayda 17 yaşlı şəxs 26 yaşlı kişini öldürməkdə şübhəli bilinərək tutulub - YENİLƏNİB
Sabirabadda 49 yaşlı qadın qətlə yetirilib, 17 yaşlı oğlan saxlanılıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Belçika millisi İranla heç-heçə edib
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
