Biləsuvarda əmək hüquqlarını pozan şirkət 20 min manat cərimə edilib
Vətəndaşların əmək hüquqlarını pozan daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib.
Biləsuvar rayon prokurorluğundan Sizinxeber.az-ya verilən məlumata görə, “MORNİG STAR” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Biləsuvar rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 4 şəxsin rayon ərazisində müxtəlif tikinti işlərinin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.
Eyni zamanda Cəmiyyətin direktoru Xaspolad Hüseynov barəsində həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək Əhalinin Sosial müdafiəsi Nazirlyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 4 min 500 manat məbləğində inzibati cərimə edilib.
Oxşar xəbərlər
Əmək hüquqlarını pozan şirkət 20 min manat cərimə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yevlaxda əmək hüquqlarını pozan şirkət 20 min manat cərimələnib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xocalıda əmək hüquqlarını pozan şirkət 20 min, vəzifəli şəxs 4 min manat cərimə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yevlaxda şirkət əmək hüquqlarının pozulmasına görə 20 min manat cərimə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Astarada “Maricel” restoranı 20 min manat cərimə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












