Xaçmazda göbələkdən zəhərlənən 2 qadın vəfat edib  - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Xaçmazda göbələkdən zəhərlənən 2 qadın vəfat edib - YENİLƏNİB


Oktyabrın 28-də saat 01:00 radələrində 1985-ci il və 1977-ci il təvəllüdlü (qadın cinsli) şəxslər göbələk zəhərlənməsi diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlara ilkin tibbi yardım göstərilib və ixtisaslı tibbi yardımın göstərilməsi üçün təcili tibbi yardım avtomobili vasitəsilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyəsinə qərar verilib. Təxliyə zamanı 1977-ci il təvəllüdlü (qadın cinsli) şəxsin xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.

1985-ci il təvəllüdlü (qadın cinsi) şəxs isə kəskin ağır və ekzotoksiki şok vəziyyətində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılıb. Bütün reanimasiyon tədbirlərin aparılmasına və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Fəridə

***

09:32

Xaçmazda qadın göbələkdən zəhərlənərək ölüb.

APA xəbər verir ki, hadisə rayonun Seyidli kəndində baş verib.

Belə ki, 1977-ci il təvəllüdlü İlahə Bayramova rəfiqəsi Günel Abdullayeva ilə birlikdə Xaçmaz rayonuna gəlib və Seyidli kəndində meşədə göbələk yedikdən sonra halı pisləşib.

Onlar müalicə üçün Bakıya göndərilən zaman İlahə Bayramova yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Bakıdakı yanğında bir nəfər tüstüdən zəhərlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KTM: Ötən ay sirkə turşusundan zəhərlənən 5 nəfər vəfat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən ay zəhərlənmədən 4 nəfər vəfat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KTM: Ötən ay zəhərlənmə ilə 101 nəfər qəbul edilib, 3 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Göygöldə 4 nəfər dərmandan zəhərlənib, 10 yaşlı uşaq ölüb - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər