Ötən ay zəhərlənmədən 4 nəfər vəfat edib
sizinxeber.az xəbər saytı

Ötən ay zəhərlənmədən 4 nəfər vəfat edib


Avqust ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 103 nəfər qəbul edilib.

Sizinxeber.az xəbər verir ki, bununla bağlı mərkəz məlumat yayıb.

Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 34 nəfər dərmandan, 28-i sirkə turşusundan, 12-si kimyəvi maddələrdən, 1-i spirtli içkidən, 2-si fosfor üzvi birləşmələrdən zəhərlənən şəxslərdir.

Həmçinin 16 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2 nəfər rodensisid (siçan dərmanı ilə zəhərlənmə), 1 nəfər botulizm səbəbilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü (2 nəfər qadın cinsli, 2 nəfər kişi cinsli) dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu zəhərlənməsindən qeydə alınıb.

Oxşar xəbərlər

Ötən ay KTM-ə zəhərlənmə səbəbilə 103 nəfər qəbul edilib, 4-ü ölüb
Avqust ayında 13 nəfər günvurma ilə bağlı təcili tibbi yardıma müraciət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər