Daşkəsəndə mənzildə partlayış olub, ağır xəsarət alan var
sizinxeber.az xəbər saytı

Daşkəsəndə mənzildə partlayış olub, ağır xəsarət alan var


Daşkəsən rayonunda yaşayış binasinda mənzillərdən birində partlayış olub.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, binanın 3-cü mərtəbəsindəki mənzildə qaz sızmasından yaranan partlayış nəticəsində rayon sakini, 1972-ci il təvəllüdlü Sadıqov Nadir Telman oğlu ağır yanıq xəsarətləri alıb.

Zərərçəkən Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılacağı planlaşdırılıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Daşkəsən rayon Yanğından Mühafizə Hissəsinin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Gədəbəydə evdə partlayış olub, gənc qadın xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə yaşayış binasında partlayış olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə yaşayış binasında partlayış olub, 84 yaşlı qadın xəsarət alıb, 3 avtomobilə ziyan dəyib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabirabadda evdə partlayış olub, 42 yaşlı qadın yanıq xəsarəti alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN: Gəncədə yaşayış binasında partlayış olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər