Gəncədə yaşayış binasında partlayış olub, 84 yaşlı qadın xəsarət alıb, 3 avtomobilə ziyan dəyib - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyi Gəncədə baş verən partlayışla bağlı məlumat yayıb.
Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, "112” qaynar telefon xəttinə Gəncə şəhəri, Fikrət Əmirov küçəsi, 4 ünvanında yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub:
"Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 54kv.m olan ikiotaqlı mənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib".
Məlumatda qeyd edilib ki, hadisə nəticəsində xəsarət alaraq mənzildə köməksiz vəziyyətdə qalan 1940-cı il təvəllüdlü Orucova Tavlina Şamilovna yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Partlayış nəticəsində mənzilə və binanın qarşısında park edilmiş üç avtomobilə ziyan dəyib.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Gəncədə yaşayış binasında partlayış olub, xəsarət alan var.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Fikrət Əmirov küçəsində yerləşən beşmərtəbəli binada qeydə alınıb.
Mənzildə qaz sızması nəticəsində baş vermiş partlayış nəticəsində 1940-cı il təvəllüdlü Tavlina Şamil qızı Orucova xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda evdə partlayış olub, xəsarət alan var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə yaşayış binasında partlayış olub, 84 yaşlı qadın xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
8 Noyabr prospektində evdə partlayış olub, 1 nəfər xəsarət alıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Masazırda mənzildə yanğınla nəticələnən partlayış olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəmkirdə evdə partlayış olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












