Lerikdə odun peçindən çıxan alov 2 yaşlı uşağın üzərinə düşüb
Lerikdə benzinlə ehtiyatsız davranma 2 yaşlı uşağın yanmasına, ata və ananın xəsarət almasına səbəb olub.
Sizinxeber.az-nın cənub bürosunun verdiyi məlumata görə hadisə Lerik rayonunun Blaband kənd ərazi vahidliyinə daxil olan Şinəbənd kəndində baş verib. Kənd sakini 1987-ci il təvəllüdlü Rüfət Güloğlan oğlu Abbasov, evdə odun peçini qalamaq üçün benzindən istifadə edib. Bu zaman peçdən çıxan alov ətrafa və yaxınlıqda olan uşaq 2022-ci il təvəllüdlü V.R.Abbaslının üzərinə düşüb. Uşağın anası 1989-cu il təvəllüdlü Afiqə İbrahim qızı Qasımova dərhal uşağın paltarlarını çıxarmağa çalışıb. Həmin anda ana da hər iki əlin 1 və 2-ci dərəcəli termiki yanıq xəsarətləri alıb. 2 yaşlı uşaq dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub, ilkin tibbi yardımdan sonra vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda həkimlər uşağın vəziyyətini ağır qiymətləndirir. Ona bədənin 90% termiki yanıq diaqnozu qoyulub. Ata R.Abbasov isə Lerik rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Fakt araşdırılır.
Oxşar xəbərlər
Lerikdə ehtiyatsızlıq üç nəfərin yanıq xəsarətləri almasına səbəb olub
Meşədə üstünə ağac aşan Lerik sakini ölüb
Sabirabadda 1 yaşlı uşağın üstünə qaynar çaydan aşıb
Lerikdə avtomobil dərəyə aşıb, sürücü xəsarət alıb
Göygöldə 4 nəfər dərmandan zəhərlənib, 10 yaşlı uşaq ölüb - YENİLƏNİB-1
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
