Qubada sərnişin mikroavtobusu ilə avtomobil toqquşmasında xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 1
Avqustun 29-da saat 08:00 radələrində Quba-Xaçmaz yolunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə 12 nəfər (7-si qadın cinsli, 5-i kişi cinsli olmaqla) müxtəlif bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.
Bu barədə Sizinxeber.az-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, yaralıların hər birinə zəruri tibbi xidmət göstərilib, hazırda müalicələri tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir.
Onlardan 6 nəfərin vəziyyəti ağır, digər 6 nəfərin vəziyyəti isə qənaətbəxş olaraq qiymətləndirilir.
Qeyd edilib ki, qəza nəticəsində 1957-ci il təvəllüdlü şəxsin (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.
***
10:17
Qubada baş verən yol qəzasında xəsarət alanların sayı 12-yə çatıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.
***
08.52
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Sizinxeber.az-ya verilən məlumata görə, avqustun 29-u səhər saatlarında Quba rayonunun Hacıhüseynli kəndi ərazisində "Mercedes" markalı sərnişin mikroavtobusu ilə “Chevrolet” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində 1 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Qubada yol qəzasında yaralananların son durumu açıqlanıb - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünən atası tərəfindən bıçaqlanan azyaşlının vəziyyəti açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qubada sərnişin mikroavtobusu ilə avtomobil toqquşub, 1 nəfər ölüb, 12 nəfər xəsarət alıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yevlaxda yanğında xəsarət alan azyaşl ölüb - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












