Bakıda kababçını öldürməkdə təqsirləndirilən şəxsə 17 il həbs cəzası verilib
Bakıda kababçını qətlə yetirməkdə təqsirləndirilən Rəhman Qəhrəmanova hökm oxunub.
"Report"un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin aprelində paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Rəhman Qəhrəmanov aralarında yaranmış mübahisə zamanı tanışı Anar Quliyevə bıçaqla xəsarət yetirib. Yaralı müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Məlumata görə, A.Quliyev Keşlə qəsəbəsində kababçı işləyib. R.Qəhrəmanov kabab alarkən ona irad bildirib və tərəflər arasında mübahisə yaşanıb. Daha sonra küçədə rastlaşan tərəflər arasında yenidən mübahisə yaşanıb və məlum hadisə baş verib.
R.Qəhrəmanova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci( xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Tələbə arvadını və körpəsini öldürən Fərid: "Namusumu təmizlədim"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
