Yevlaxda işçilərin əmək hüquqlarını pozan hüquqi şəxs cərimələnib
"Lalə-Tekstil" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciətləri əsasında Yevlax rayon prokurorluğunda araşdırma aparılıb.
Yevlax rayon Prokurorluğundan "Sizinxeber.az"a verilən xəbərə görə, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) bir neçə şəxsin tikiş fabrikində müvafiq olaraq dərzi və sürücü kimi işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
Faktla bağlı Yevlax rayon prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.
Oxşar xəbərlər
Yevlaxda əməkdaşları qanunsuz işə cəlb edən şirkət cərimələnib
Vətəndaşların əmək hüquqlarını pozan hüquqi şəxs məsuliyyətə cəlb edilib
Yevlaxda əmək hüquqlarını pozan şirkət 20 min manat cərimələnib
Xocalıda işçiləri müqaviləsiz işlədən şirkət və rəhbəri cərimələnib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
