Yevlaxda əməkdaşları qanunsuz işə cəlb edən şirkət cərimələnib
sizinxeber.az xəbər saytı

Yevlaxda əməkdaşları qanunsuz işə cəlb edən şirkət cərimələnib


"AZFEN-NN Tikinti Təmir Quraşdırma" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Yevlax rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə "Report"a Yevlax Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən bir neçə şəxsin internet xətlərinin çəkilişi işlərinin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

Oxşar xəbərlər

“Cinema Plaza” 20 min manat cərimələnib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əmək hüquqlarının pozulması hallarına qarşı mübarizə tədbirləri davam edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Astarada işçilərin əmək hüquqlarını pozan hüquqi şəxs məsuliyyətə cəlb edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yevlaxda şirkət əmək hüquqlarının pozulmasına görə 20 min manat cərimə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdamda işçilərin əmək hüquqlarını pozmaqda şübhəli bilinən şirkət rəhbəri məsuliyyətə cəlb edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər