Lənkəranda baş verən qəzada 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb - FOTO
Lənkəranda qəza nəticəsində ölən və xəsarət alanlar var.
Sizinxeber.az-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə gecə saatlarında Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Şağlaser kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı elektrik dirəklərinə, qaz xəttinə, sonra da həyətyanı hasara çırpılıb. Qəza nəticəsində avtomobildə olan 2006-cı il təvəllüdlü Amil Ehtiram oğlu Sadıqov aldığı xəsarətlərdən ölüb.
4 nəfər 2003-cü il təvəllüdlü Ruslan Fikrət oğlu Rəsulov, 2006-cı il təvəllüdlü Qurbanəli Ətafil oğlu Salayev, 2005-ci il təvəllüdlü Elvin Əbdül oğlu Əliyev və 2006-cı il təvəllüdlü Əbdül Tapdıq oğlu Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib və müalicələri sözügedən şöbədə davam etdirilir.
Qeyd edək ki, avtomobildə olanlar Lənkəran rayonunun Cil kənd sakinləridir.
İlkin məlumata görə qəzaya səbəb yüksək sürət göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Lənkəranda baş verən qəzada iki nəfər xəsarət alıb - FOTO
Lənkəranda baş verən qəzada xəsarət alanların sayı artıb - FOTO - YENİLƏNİB
Lənkəranda toya gedən qonaqlar qəzaya düşüb, xəsarət alanlar var - FOTO
Lənkəranda baş verən qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - FOTO - YENİLƏNİB 1
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












