
Lənkəranda toya gedən qonaqlar qəzaya düşüb, xəsarət alanlar var - FOTO

Lənkəranda toya gedən qonaqlar qəzaya düşüb, xəsarət alanlar var - FOTO
Lənkəranda iki "Mercedes" toqquşub.
Sizinxeber.az-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə gecə saatlarında Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib.
Hərəkətdə olan iki "Mercedes" markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində nəqliyyat vasitələrindən biri yol kənarındakı kanala aşıb.
Qəzada dörd nəfər - 1948-ci il təvəllüdlü Nəsibə Mənşur qızı Ağayeva, 1982-ci il təvəllüdlü Xəyalə Fərzulla qızı Ramizli, 1957-ci il təvəllüdlü Arifə Mənşur qızı Fərzullayeva və 2006-cı il təvəllüdlü Həsən Fərid oğlu Fərzullayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib.
Qeyd edək ki, xəsarət alanlar toy mərasiminə gediblər.
Faktla bağlı araşdırma aparılır.