Axtarışda olan şübhəli şəxs bıçaqla müqavimət göstərib, polis atəş açıb
Bakı şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, axtarışda olan şəxs polis əməkdaşlarına kəsici alətlə müqavimət göstərib qaçmağa cəhd edib.
DİN-in Mətbuat Xidmətindən "Sizinxeber.az"a bildirilib ki, sentyabrın 24 -də gecə saatlarında əvvəllər məhkum olunan 1991-ci il təvəllüdlü Əlizadə Fərid saxlanılarkən üzərində olan bıçaqla polis əməkdaşlarına müqavimət göstərdiyindən ona xidməti tabel silahı ilə xəbərdarlıq edilməklə atəş açılıb.
Xəsarət alan şübhəli şəxs xəstəxanaya yerləşdirilib. Onun üzərindən bıçaq, satış məqsədilə daşınan müxtəlif çəkilərdə qablaşdırılan narkotik vasitə olan herion aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir.
Oxşar xəbərlər
Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, bir nəfər yaralanıb
Polisə müqavimət göstərərək qaçmağa cəhd edən şəxslərə atəş aşılıb, bir nəfər xəsarət alıb
Bakıda evə basqın olub, şübhəli şəxs polis tərəfindən zərərsizləşdirilib
Bakıda narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













