Bakıda narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
Paytaxtın Sabunçu rayonunda narkopritonda silahlı insident olub.
DİN-in Mətbuat Xidmətindən "Sizinxeber.az"a bildirilib ki, sentyabrın 4-də saat 21 radələrində paytaxtın Sabunçu rayonunda polis əməkdaşları tərəfindən evlərin birində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli daxil olan məlumat üzrə əməliyyat keçirilib.
Əməlliyyat tədbirində polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs xidməti tabel silahı tətbiq olunmaqla zərərsizləşdirilib.
Müəyyən edilib ki, narkopriton təşkil edən şübhəli şəxs əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Məmmədov Akif Zakir oğludur.
Hadisə yerindən 2 kq müxtəlif növlü narkotik vasitələr və “Makarov” markalı tapança aşkar olunaraq götürülüb.
Fakt üzrə araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
Bakıda evə basqın olub, şübhəli şəxs polis tərəfindən zərərsizləşdirilib
Bakıda evlərdən 11 min manat oğurlamaqda şübhəli bilinən silahlı şəxs saxlanılıb
Sabunçuda evə basqın edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
