Naxçıvanda İrandan Türkiyəyə yük aparan maşında xeyli psixotrop dərman aşkarlanıb
sizinxeber.az xəbər saytı

Naxçıvanda İrandan Türkiyəyə yük aparan maşında xeyli psixotrop dərman aşkarlanıb


Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunda İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “PVC” yükü aparan yük nəqliyyat vasitəsinə daxil olmuş əməliyyat məlumat əsasında gömrük baxışı keçirilib.

İdarədən Sizinxeber.az-ya verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin müxtəlif gizli saxlanc yerlərindən təsiredici maddəsinin miqdarı 6436,125 qram olan 28605 həbdən ibarət “Tramadol hidroxlorid” tərkibli dərman preparatları aşkar edilib.

Qeyd edək ki, “Tramadol” “Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Gürcüstandan Azərbaycana qanunsuz dərman keçirilməsinin qarşısı alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədən gələn maşında sursat aşkarlanıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ölkəyə qanunsuz gətirilən külli miqdarda aksiz markasız siqaret aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrandan Türkiyəyə narkotik aparan sürücü Naxçıvanda saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər