Ölkəyə qanunsuz gətirilən külli miqdarda aksiz markasız siqaret aşkarlanıb
İran İslam Respublikasından tranzit keçməklə Naxçıvan-Bakı istiqamətində hərəkət edən 99ZC683 qeydiyyat nömrəli “MERCEDES BENZ” markalı qarışıq yük aparan yük nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib.
APA xəbər verir ki, bu barədə Naxçıvan Baş Gömrük İdarəsindən bildirilib.
İdarə əməkdaşları yoxlama zamanı rentgen qurğusunda şübhəli monitor təsvirləri əsasında ölkə ərazisinə qanunsuz yolla gətirilən üzərində aksiz markası olmayan külli miqdarda siqaret aşkar ediblər.
Avtomobilin qoşqusunda yüklərin arasında gizlədilmiş Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 2080 qutu (41600 ədəd) “Marlboro”, 920 qutu (18400 ədəd ) “Parlament” siqaretləri aşkar edilib.
Faktla bağlı araşdırılma aparılır.
Oxşar xəbərlər
Elektron siqaretlər üçün aksiz dərəcəsi 8 dəfə artırılıb
Siqarlar və siqaretlər üçün aksiz dərəcəsi artırılıb
Azərbaycana gətirilən spirtli içkilər üçün aksiz dərəcəsi dəyişib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb - VİDEO
Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotikin dövriyyəyəsinin qarşısı alınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













