İrandan Türkiyəyə narkotik aparan sürücü Naxçıvanda saxlanılıb
Naxçıvan gömrükçüləri İrandan Türkiyəyə narkotik vasitə aparan yük maşını sürücüsünü saxlayıb.
Bu barədə “Report"a Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bildirilib ki, komitənin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə “yuyucu toz” yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib.
Kinoloji xidmət itinin tətbiqi ilə keçirilən yoxlama zamanı yük nəqliyyat vasitəsindən iki ədəd sellofan paketdə ümumi təmiz çəkisi 996,814 qram olan psixotrop maddə - metamfetamin, 7,250 qram olan narkotik vasitə qurudulmuş marixuana, sürücünün üzərində aparılan şəxsi yoxlama nəticəsində isə təmiz çəkisi 0,060 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.
Qeyd edək ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb
Bu il 45 əcnəbi saxlanılıb, onlarda 110 kq-dan çox narkotik aşkar edilib
İrandan Rusiyaya daşınan külli miqdarda narkotik vasitə aşkar edilib
Ölkə ərazisində 31 kq-dan çox narkotik aşkarlanıb
Naxçıvan gömrükçüləri aksiz markası olmayan 60 000 ədəd siqaret aşkar edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













