Balakəndə 3 narkotik plantasiyası aşkar edilib, 5 nəfər saxlanılıb
Balakən rayonunda polis əməkdaşları sərhədçilərlə birgə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, eləcə də qanunsuz odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sizinxeber.az-ya verilən məlumata görə, yüksək dağlıq ərazilərdə həyata keçirilən əməliyyatlar zamanı 3 narkotik plantasiyası aşkar edilib. Çətənə kollarını əkən 5 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan 290 ədəd çətənə kolu “Kalaşnikov” avtomatı, daraq, patronlar və ov tüfəngləri aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər çətənə kollarını qazanc əldə etmək məqsədilə əkdiklərini və aqrotexniki qulluq göstərdiklərini bildiriblər.
Faktlarla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Göyçayda çətənə kolu yetişdirən iki nəfər saxlanılıb - FOTO
Şəkidə silah və narkotik vasitələr satan şəxslər saxlanılıblar - FOTO
Xaçmaz sakinlərindən 379 kq çətənə kolu götürülüb
BMCMİ əməliyyat keçirib, 7 nəfər saxlanılıb - VİDEO
Şəkidə çəkisi 126 kiloqram olan 397 ədəd çətənə kolu aşkarlanıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













