Gəncədə yaşayış binasında yanğın olub - YENİLƏNİB - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhərində yerləşən doqquzmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının binanın 3-cü mərtəbəsindəki ikiotqalı mənzilin mətbəx hissəsində baş verdiyi müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 76 kv.m. olan ikiotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 15 kv.m. sahədə yanıb.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
***
10.38
Gəncədə yanğın hadisəsi baş verib.
Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində 9 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin mətbəxində anidən yanğın başlayıb.
Dərhal əraziyə FHN-nin yanğınsöndürənləri cəlb olunub. Yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda mənzildə yanğın olub, yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb - VİDEO
Bakıda yataqxanada yanğın olub, 5 nəfər təxliyə edilib - YENİLƏNİB-1
Binəqədi rayonunda obyektdə yanğın baş verib - VİDEO
Masallıda istirahət mərkəzindəki yanğının meşəyə keçməsinin qarşısı alınıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
