Bakıda yataqxanada yanğın olub, 5 nəfər təxliyə edilib - YENİLƏNİB-1
Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yataqxana binasının ikinci mərtəbəsində ümumi sahəsi 16 m² olan 1 otaqlı mənzilin (yaşayış olmayan) yanar konstruksiyaları, dəhlizə yığılan ev əşyaları 12 m² sahədə, 1 ədəd pəncərə çərçivəsi və digər iki mənzilin qapıları yanıb.
Sizinxeber.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb, digər mənzillər yanğından mühafizə olunub.
***
16.10
Fövqəladə Hallart Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsində yerləşən 5 mərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.
Sizinxeber.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının beşmərtəbəli yataqxana binasının ikinci mərtəbəsindəki mənzildə baş verdiyi müəyyən edilib. Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
***
15.55
Bakının Nərimanov rayonunda yanğın olub.
Sizinxeber.az xəbər verir ki, hadisə yataqxana binasında qeydə alınıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğın söndürülüb.
Oxşar xəbərlər
Bakıda mənzildə yanğın olub, 1 nəfər ölüb
Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - YENİLƏNİB-2
Bakıda yataqxanada yanğın olub - YENİLƏNİB
Yasamal rayonunda onbirmərtəbəli yaşayış binasında yanğın baş verib
Yasamal rayonunda onbirmərtəbəli yaşayış binasında yanğın baş verib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
