Bu il heyvanların səbəb olduğu yol qəzalarında 4 nəfər ölüb
"Bir neçə gün əvvəl sosial mediada nəzarətsiz qalan atın yolun hərəkət hissəsinə çıxması nəticəsində baş verən qəza ilə bağlı videogörüntülər yayımlanıb. Xöşbəxtlikdən həmin qəza maddi zərərlə ötüşsə də, təəssüf ki, cari ilin yeddi ayı ərzində sahibsiz heyvanların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrində 4 nəfər həyatını itirib, 2 nəfər isə xəsarət alıb".
APA xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Qeyd olunub ki, qanunvericilikdə mal-qaranın yolda nəzarətsiz qoyulmasına, asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə, mal-qaranı və at arabasını sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə məsuliyyət nəzərdə tutulub və belə qəzalar zamanı mal-qara sahiblərinin məsuliyyətdən kənarda qalmaması üçün kəsərli tədbirlər görülür:
"Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi yol qəzalarının səbəbləri içərisində sahibsiz ev və ya vəhşi heyvanın vurulması hallarının aktual olduğunu nəzərə alaraq, sürücüləri də hərəkət zamanı diqqətli və baş verə biləcək qəfil hadislərə qarşı hazırlıqlı olmağa çağırır".
Oxşar xəbərlər
Ötən yeddi ayda sahibsiz heyvanların səbəb olduğu yol qəzalarında 4 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
DYP Bakı-Qazax yolunda ölümlə nəticələnən qəza ilə bağlı məlumat yayıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
DYP Bakı-Qazax yolunda baş verən qəza ilə bağlı məlumat yayıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanda avtomobil motosikletlə toqquşub, 1 nəfər xəsarət alıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tailandda sel və torpaq sürüşməsi nəticəsində 22 nəfər ölüb, 19 nəfər yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












