Fazil Mustafaya sui-qəsd cinayətində tərəflər apellyasiya şikayəti veriblər
Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd cinayəti ilə bağlı cinayət prosesinin tərəfləri apellyasiya şikayəti veriblər.
“Report”un əldə etdiyi məlumata görə, şikayətlərə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, hadisə ötən il martın 28-də Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib. Milli Məclisin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq sui-qəsd edilib.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.
Oxşar xəbərlər
Fazil Mustafaya sui-qəsd işi ilə bağlı yeni xəbər
Fazil Mustafaya qarşı sui-qəsddə təqsirləndirilənlərə hökm oxunub, birinə ömürlük cəza verilib - VİDEO
Fazil Mustafaya qarşı sui-qəsd cəhdində təqsirli bilinən şəxslərə hökm oxunub - Ömürlük cəza... - FOTO
Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılanların məhkəməsində ittiham aktı elan edilib
Məni buna görə güllələdilər - Fazil Mustafa
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-li konqresmendən Xameneiyə xəbərdarlıq: "Nə qədər ki, imkan var, İranı tərk et"
-
İranda etirazlar səngimir: Etirazçılara atəş açılıb, ölənlərin sayı artır
-
Xamenei müraciət yaydı: Tramp devriləcək!
-
Xamenei: "İslam Respublikası etirazlar qarşısında geri çəkilməyəcək"
-
Tehran prokuroru İrandakı etirazçıları edam cəzası ilə hədələdi
-
Təhsil sənədlərinin "mygov" üzərindən rəqəmsal təqdim olunması artıq tam hüquqi qüvvəyə malikdir












