Yük avtomobili körpüdən aşaraq dəmir yolu xəttinin üzərinə düşüb
Bu gün saat 04:00-da Qızılburun-Gilgilçay istiqamətində hərəkət edən yük avtomobili idarəetməni itirərək körpüdən aşıb və dəmir yolu xəttinin üzərinə düşüb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, hadisə nəticəsində yanğın baş verib, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadası dərhal hadisə yerinə cəlb edilib və yanğın qısa müddət ərzində söndürülüb.
Hadisənin baş verdiyi vaxt həmin sahədə qatarlar hərəkətdə olmayıb. Hazırda yük maşınının sahədən götürülməsi üçün tədbirlər görülür və dəmir yolu infrastrukturuna dəymiş ziyan müəyyənləşdirilir.
İlkin araşdırmalara əsasən dəmiryol xəttinin kontakt şəbəkəsi ciddi zədələnib və hazırda həmin istiqamət üzrə qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində sürücü həyatını itirib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Oxşar xəbərlər
Gəncədə 4 min ot bağlaması yanıb
Bakıda qarajda yanğın olub
Zaqatalada iki minik avtomobili toqquşub, ölən və yaralananlar var
“Fövqəladə hallar könüllüləri” proqramı üçün seçilənlər təlimlərə cəlb edilib
ADY dəmir yolu xətlərinə kənar əşyaların qoyulması ilə bağlı vətəndaşlara müraciət edib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













