Naxçıvanda cəzaçəkmə müəsissəsinin nəzarətçisi cinayət məsuliyyətinə cəlb olunub
Naxçıvanın Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəsissəsinin nəzarətçisi Ceyhunə Qurbanova cinayət məsuliyyətinə cəlb olunub.
Bu barədə "Sizinxeber.az"un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, həmin şəxsin qanunsuz əməlləri barədə daxil olmuş material üzrə Muxtar Respublika Prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı Ceyhunə Qurbanovanın qulluq mövqeyindən istifadə edərək qeyd olunan müəssisədə cəza çəkən qadın məhkumlardan biri üçün cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə qadağan olunmuş müxtəlif əşyaları yoxlamadan gizlədərək özünə məxsus çantada müəsissəsinin daxilinə keçirməsinə və həmin məhkuma verməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta bağlı Naxçıvan Muxtar Respublikası prokurorluğunda Cinayət Məcəlləsinin 317-1.2-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə verilməsi və ya ötürülməsi) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Oxşar xəbərlər
Naxçıvanda cəzaçəkmə müəsissəsinin qadın nəzarətçisi barəsində cinayət işi başlanıb
Azyaşlının cibində cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
