Naxçıvanda cəzaçəkmə müəsissəsinin qadın nəzarətçisi barəsində cinayət işi başlanıb
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyindən həmin qurumun Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəsissəsinin nəzarətçisi Ceyhunə Qurbanovanın qanunsuz əməlləri barədə daxil olmuş material üzrə Muxtar Respublika Prokurorluğunda araşdırma aparılıb.
Naxçıvan Muxtar Respublikası Prokurorluğundan Sizinxeber.az-ya verilən məlumata görə, araşdırma zamanı Ceyhunə Qurbanovanın qulluq mövqeyindən istifadə edərək qeyd olunan müəssisədə cəza çəkən qadın məhkumlardan biri üçün cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə qadağan olunmuş müxtəlif əşyaları yoxlamadan gizlədərək özünə məxsus çantada müəsissəsinin daxilinə keçirməsinə və həmin məhkuma verməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta bağlı Naxçıvan Muxtar Respublikası prokurorluğunda Cinayət Məcəlləsinin 317-1.2-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə verilməsi və ya ötürülməsi) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Oxşar xəbərlər
Naxçıvanda həmkəndlisi olan qadını öldürməyə cəhd edən şəxsin istintaqı tamamlanıb
Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi ləğv edilib
Ombudsmanın əməkdaşları 4 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə keçirib
Sabah hərbi hissələrdə və cəzaçəkmə müəssisələrində seçki məntəqələri üzrə seçicilərin siyahılarının dəqiqləşdirilməsi başa çatacaq
Naxçıvanda avtomobil motosikletlə toqquşub, 1 nəfər xəsarət alıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













