Azyaşlının cibində cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb
sizinxeber.az xəbər saytı

Azyaşlının cibində cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb


Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 5 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatının keçirilməsinin qarşısı alınıb.

Xidmətdən "Sizinxeber.az"a verilən xəbərə görə, məhkum Samir Xanhüseyn oğlu Məlikovla görüşə gəlmiş atası və sonuncunun azyaşlı nəvəsinin üzərinə baxış keçirilən zaman azyaşlının əynindəki şalvarının içəri hissəsində gizlədilmiş, daxilində danışıq kartı olan 1 ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

Oxşar xəbərlər

İrandan Azərbaycana 25 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər