Sabirabadda 49 yaşlı qadın qətlə yetirilib, 17 yaşlı oğlan saxlanılıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Sabirabadda 49 yaşlı qadın qətlə yetirilib, 17 yaşlı oğlan saxlanılıb - YENİLƏNİB


Qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb.

Sabirabad rayon prokurorluğundan APA-ya verilən məlumata görə, avqustun 26-da Sabirabad rayonu ərazisində 1975-ci il təvəllüdlü Rəna İmanovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2007-ci il təvəllüdlü Ramal Qurbanlının tanışı Rəna İmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Ramal Qurbanlı iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

***

16.24

Avqustun 26-da saat 15 radələrində Sabirabad rayonu ərazisindəki evlərin birində 1975-ci il təvəllüdlü İmanova Rəna Rafiq qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü Qurbanlı Ramal Raiz oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə cinayət əməli tamah məqsədi ilə törədilib.

Araşdırma aparılır.

Oxşar xəbərlər

Sabirabadda qadın qətlə yetirilib, 17 yaşlı oğlan saxlanılıb, cinayət işi açılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabirabadda 49 yaşlı qadın qətlə yetirilib, 17 yaşlı oğlan saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda ər arvadını qətlə yetirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabirabadda qadın qətlə yetirilib, 17 yaşlı oğlan saxlanılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər