Xırdalanda intihara cəhdin qarşısı alınıb - VİDEO
FHN-in xilasediciləri intihara cəhd edən şəxsi xilas ediblər.
FHN-nin Mətbuat Xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, dünən gecə saatlarında bir nəfər vətəndaş Abşeron rayonu, Xırdalan şəhərində yaşadığı mənzilin eyvanına çıxaraq intihara cəhd edib.
Bunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər.
Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1983-cü il təvəllüdlü M.Seyidova yaşadığı onikimərtəbəli binanın 4-cü mərtəbəsində eyvana çıxaraq intihara cəhd edir.
Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə xüsusi xilasetmə vasitələri, o cümlədən xilasetmə yastığı quraşdırılaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Əvvəlcədən həyata keçirilmiş təhlükəsizlik tədbirləri nəticəsində intihara cəhd edən M.Seyidova qurulmuş xilasetmə yastığı vasitəsilə xilasedicilər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Emin Şirvanzadə
Oxşar xəbərlər
Bakıda intihar hadisəsinin qarşısı alınıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN: Ötən sutka 70 yanğına çıxış olub, 5 nəfər xilas edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN: Ötən sutka 66 yanğına çıxış olub, 9 nəfər xilas edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN xilasetmə əməliyyatı görüntüləri yayıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xırdalanda köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












